Rusiyanın Kursk şəhərində "Bumeranq" adlı ticarət mərkəzində yanğın olub.
Ednews rus mediasına istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Yanğının söndürülməsinə 11 texnika və 36 nəfər cəlb olunub.
Hadisə yerinə polis və təcili tibbi yardım xidməti də yollanıb. Yanğının səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.