Əfqanıstanın Herat şəhərində məscidə bombalı hücum edilib.
Ednews "Al Jazeera"-ya istinadən xəbər verir ki, Əfqanıstanın Herat şəhərindəki Qəzərgah məscidində cümə namazı zamanı partlayış baş verib.
Herat qubernatorunun mətbuat katibi Həmidullah Mütəvəkkel bildirib ki, partlayış nəticəsində 18 nəfər ölüb, 23 nəfər yaralanıb. Mütəvəkkel, məscid imamı Mucib Rəhman Ənsarinin ölümünü təsdiqləyərək partlayışın kamikadze tərəfindən törədildiyini açıqlayıb.
Nəzrin Beydiyeva