Rusiya ordusunun nəzarətində olan "Zaporojye" AES elektrik şəbəkəsindən ayrılıb.
Ednews UNİAN-a istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) stansiyada daimi əsasda fəaliyyət göstərən əməkdaşı məlumat verib.
Bununla yanaşı, fəaliyyətdə olan 2 reaktordan biri dayandırılıb. Digər reaktor isə yalnız stansiyanın zəruri ehtiyaclarını ödəmək üçün işləyir. Bu ehtiyaclara ilk növbədə reaktorların soyudulması, işıqlandırma və təhlükəsizlik sistemlərinin işləməsi daxildir.
Qeyd edək ki, Ukraynanın Enerqodar şəhərində yerləşən "Zaporojye" AES martın 4-də Rusiyanın nəzarətinə keçib.