İranın paytaxtı Tehranda polis əməkdaşı öldürülüb.
Ednews xəbər verir ki, bu gün səhər Sepah meydanında evdən oğurluq edən şəxs və polis arasında qarşıdurma baş verib.
Oğru polisi bıçaqla yaralayıb. Xəstəxanaya çatdırıldıqdan sonra polis həyatını itirib.
Oğru qətli törətdikdən sonra qaçmaq istəsə də polis tərəfindən saxlanılıb.