İranın Kirman əyalətində zəlzələ baş verib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, təkanlar Kirman əyalətinin Sirəc şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,1 bal gücündə qeydə alınıb.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.