Aİ (Avropa İttifaqı) rəsmisinin açıqlaması ilə təbii qaz gərginliyi fərqli bir ölçüyə keçdi.
Ednews xarici mediaya istinadən xəbər verir ki,Rusiyaya cavab verməyə hazır olduqlarını deyən Gentiloni Rusiya prezidentinə müraciət edib.
Moskva-Brüssel xəttində Ukrayna müharibəsi ilə başlayan gərginlik Avropaya təbii qaz nəqlinin kəsilməsi ilə daha da artıb.
Onu da qeyd edək ki,Rusiyanın enerji şirkəti “Qazprom”qitəyə qaz axınını qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb.