Hindistanın Pəncab əyalətindəki əyləncə parkında qülləli lift oyuncağının yerə çırpılması nəticəsində 12 nəfər xəsarət alıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Mohali rəsmiləri hadisə ilə bağlı araşdırma başlandığını bildiriblər.
Hadisə anı ilə bağlı mətbuatda və sosial mediada paylaşılan görüntülərdə oyuncağın metrlərlə hündürlükdən yerə düşdüyü görünür.