Çin ABŞ-ı Sincandakı universitetlərindən birinə qarşı kibercasusluqda ittiham edib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Çin polis qurumundan verilən açıqlamada bir universitetdə komputerlərin sındırıldığını bildirilib.
ABŞ rəsmilərinin hərbi araşdırma apardığını söylədiyi bu universitetdə baş verən son insident iki ölkənin bir-birinə qarşı kibercasusluqla bağlı geniş yayılmış şikayətlərində yeni bir halqadır.
Amerikanın Pekindəki səfirliyi şərh tələblərinə cavab verməsə də ,Çin və ABŞ, Rusiya ilə birlikdə kibermüharibə mövzusunda qlobal aktyorlar kimi qəbul edilir.
Günay Babayeva