İranın cənubundakı Hürmüzgan əyalətinin Fin kəndində 5.4 gücündə zəlzələ baş verib.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 13:44-də qeydə alınan zəlzələnin yerin 14 kilometr dərinliyində baş verdiyi bildirilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.