Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Krım sakinlərinə müraciət edib.
Ednews UNİAN-a istinadən xəbər verir ki, Mixaylo Podolyak "Twitter" səhifəsində krımlılar yarımadanın işğaldan azad olunmasına hazır olmalıdır:
“İşğal olunmuş ərazilərin, o cümlədən Krım yarımadasının əhalisinin işğaldan azad olunma əməliyyatı zamanı rəsmi orqanların tövsiyələrinə əməl etmələrini xahiş edirik. İndidən sığınacaq, yetərincə su ehtiyatını təmin etmək lazımdır”.