Vyetnamın Binzıonq əyalətində "An Phu" karaoke barında yanğın nəticəsində 14 nəfər ölüb, 40 nəfər yaralanıb.
Ednews xəbər verir ki, məlumatı “Vietnam News Agency” yayıb.
Yaralılar hospitala yerləşdirilib. Məlumata görə, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir.
Yanğının səbəb araşdırılır.
Vyetnamın Baş naziri Fam Min Tin İctimai Təhlükəsizlik Nazirliyinə və yerli hakimiyyətə hadisənin araşdırlması ilə bağlı tapşırıqlar verib.