Xəbər verdiyimiz kimi Britaniya kraliçası II Elizabet səhhətində yaranan narahatçılığa görə Balmoral sarayında həkim nəzarətinə götürülüb.
Ednews CNN-ə istinadən xəbər verir ki, artıq Şahzadə Çarls, Şahzadə Vilyam və 96 yaşlı kraliçanın digər ailə üzvləri də Balmorala gedib.
Britaniyanın yeni baş naziri Liz Trass bununla bağlı açıqlama verərək bildirib ki, bütün Britaniya xalqı Balmoral sarayından gələcək xəbərlə sarsılacaq.
***
16:01
Kraliça II Yelizaveta həkim nəzarətinə götürülüb.
Ednews xəbər verir ki, bu barədə Bukinqem sarayından verilən məlumatda deyilir.
Qeyd edilib ki, həkimlər onun sağlamlığından narahatdırlar və ona görə də, Şotlandiyada iqamətgahı olan Balmoral qəsrində həkim nəzarəti altındadır.