Rusiya vətəndaşları bu tarixdən 4 ölkəyə buraxılmayacaq - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Rusiya vətəndaşları bu tarixdən 4 ölkəyə buraxılmayacaq

Dünya A- A A+

“Estoniya, Latviya, Litva və Polşa sentyabrın 19-dan etibarən Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyur”.

Bu barədə məlumatı Estoniyanın XİN rəhbəri Urmas Reynsalu açıqlayıb.

Onun sözlərinə görə, Şengen vizasının hansı dövlət tərəfindən verilməsindən asılı olmayaraq, Rusiya vətəndaşları sözügedən ölkələrə buraxılmayacaq.

Xatırladaq ki, Latviyanın xarici işlər naziri Edqar Rinkeviçin sentyabrın 7-si verdiyi məlumata görə, Baltikyanı ölkələr Rusiya vətəndaşlarının sərhəddən buraxılmaması barədə razılığa gəlib. Onun sözlərinə görə, Rusiya vətəndaşları Şengen vizasına sahib olsalar da sərhəddən buraxılmayacaq. Buna baxmayaraq, bu məhdudiyyətlər yük avtomobillərinin sürücüləri, diplomatlar və ailəvi və humanitar məsələlərə görə səfər edən şəxslərə şamil edilməyəcək.

sfera.az



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...