İraqın Kərbəla şəhərində 9 iranlı zəvvar həyatını itirib.
Ednews xəbər verir ki, bu barədə İran Qırmızı Aypara Cəmiyyəti məlumat verib.
Məlumatda qeyd olunur ki, Kərbəlada 18 iranlı zəvvar reanimasiya şöbəsinə yatırılıb. Nəcəf şəhərində isə 14 iranlı zəvvar xəstəxanaya yerləşdirilib.
Zəvvarların ölüm səbəbi açıqlanmayıb.