Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüşün mövzusu açıqlanıb.
Ednews xəbər verir ki, barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlama verib.
"Görüşdə taxıl müqaviləsi, o cümlədən Rusiya ərzaq məhsullarının tədarükü müzakirə olunacaq".
Qeyd edək ki, Ərdoğanla Putinin görüşü sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində baş tutacaq.