Şotlandiyalı müğənni-bəstəkar Lyuis Kapalın səhhətində problem yaranıb.
Ednews axşam.az-a istinadən xəbər verir ki, ifaçı ona Turet sindromu diaqnozu qoyulduğunu açıqlayıb. 25 yaşlı Lyuis bu barədə sosial media hesabında paylaşım edib. O, bunu insanların onun haqqında narkotik vasitədən istifadə etdiyini düşünməsinlər deyə açıqladığını vurğulayıb:
Lyuis həmçinin bildirib ki, qeyri-ixtiyari əzələ daralmalarını dayandırmaq üçün çiyninə iynələr vurulub.
Qeyd edək ki, Turet sindromu oxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik sinir sisteminin pozğunluğudur.