NATO-nun Kosovodakı hərbçilərinin (KFOR) sayı müvəqqəti olaraq artırılacaq.
Ednews TASS-a istinadən xəbər verir ki, bu, 27 sentyabr-2 noyabr tarixlərində ehtiyat birliklər üçün keçiriləcək təlimlərlə bağlıdır.
Sentyabrın 11-də İngiltərədən gələcək hərbi hissə təlimdən əvvəl KFOR personalı ilə uyğunlaşdırma işləri aparacaq.
Xatırladaq ki, KFOR 1999-cu ildə, Kosovo-Serbiya müharibəsindən sonra BMT Təhlükəsizlik Şurasının Kosovoda sülh və sabitliyi qorumaq üçün qəbul etdiyi qətnamə əsasında yaradılıb.