İran İslam Respublikasının Ali dini lideri Ayətulla Xameneyi xəstəlik səbəbilə keçən həftə bütün proqramını təxirə salıb.
Ednews xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.
Bildirilir ki, Xameneyi həkim komandasının nəzarəti altındadır.
“Ötən həftə o, kəskin mədə ağrısı və qızdırmadan əziyyət çəkib və bağırsağından əməliyyat olunub, - məlumatda qeyd olunub.