Qırğızıstan bəzi yaşayış məntəqələrinin azad edildiyini bildirib - ednews.net

6 Oktyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Qırğızıstan bəzi yaşayış məntəqələrinin azad edildiyini bildirib

Dünya A- A A+

Qırğızıstanın Batken vilayətində Tacikistan hərbçiləri tərəfindən əvvəllər ələ keçirilən bir sıra yaşayış məntəqələri azad edilib.

Ednews "report"a istinadən bildirir ki, bu barədə respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Batken vilayətində əvvəllər ələ keçirilmiş bir sıra yaşayış məntəqələri azad edilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin nəzarəti altında olan yerli özünüidarəetmə orqanları vasitəsilə humanitar yardımın çatdırılması üçün yerlərdə müvafiq tədbirlər təşkil olunur", - mətbuat xidməti bildirib.

Nazirliyin məlumatına görə, Qırğızıstan və Tacikistan arasında yaradılmış komissiya dövlət sərhədinin perimetri boyunca vəziyyətin sabitləşdirilməsi məqsədilə daimi əsasda ikitərəfli danışıqlar aparır.

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsindən əlavə olunub ki, yerli hakimiyyət orqanlarının rəhbərləri regionda ictimai-siyasi vəziyyəti nəzarətdə saxlayır.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...