Bazar günü səhər Ermənistanın Lori vilayətində zəlzələ baş verib.
Ednews xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanların episentrində - Spitak şəhərindən 5 km cənub-şərqdə 4 bal, maqnitudası 3,0 olub.
Yeraltı təkanlar Spitak, Vanadzor şəhərləri və bir sıra yaşayış məntəqələrində (3 bal) hiss olunub.