Qabon Milli Assambleyasının keçmiş sədri Qay Nzouba-Ndama Konqo Respublikasına keçmək istəyərkən 4 çamadan nağd pulla yaxalanıb.
Ednews xarici KIV-ə istinadən verdiyi məlumata əsasən, Qabondan Konqo Respublikasının paytaxtı Brazavilə keçməyə çalışan Ndamanın çamadanlarında 1,5 milyon dollardan çox pul ələ keçirilib.
Saxlanılan Ndama Fransvildəki polis bölməsinə aparılıb.
Qeyd edək ki, Ndama gələn il keçiriləcək prezident seçkilərində potensial namizədlərdən biri kimi göstərilib.