Meksikanın qərb sahillərində, Miçiokan ştatında 7,4 bal gücündə şiddətli zəlzələ baş verib.
Ednews xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya Xidməti məlumat yayıb.
Zəlzələ ocağı 15 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatla bağlı hələ ki, məlumat yoxdur.
Sunami təhlükəsi elan edilib.