Gürcüstanın Kutaisi şəhərində "Bank of Georgia"nın yerli filialına silahlı hücum edən şəxs həbs edilib.
Ednews TASS-a istinadən xəbər verir ki, girov götürülən 12 nəfər xilas edilib.
Bankın yerləşdiyi küçədə nəqliyyatın hərəkəti bərpa olunub.
Qeyd edək ki, banka hücum edən şəxs girvoların azad edilməsi üçün helikopter və 2 milyon dollar pul tələb edirdi.