Estoniya Ukrayna ərazisində keçirilən "referendum"un nəticələrini heç vaxt tanımayacaq.
Ednews xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaja Kallas məlumat yayıb.
Onun sözlərinə görə, "referendum"ların əks effekti olacaq.
“Bu cür hərəkətlər əks nəticə verəcək və Ukraynaya dəstəyimizi artıracaq. Daha çox hərbi yardım, daha çox sanksiyalar”, - Kallas bildirib.