Hollivud ulduzu Bred Pitt Finlandiyada aktyorluq karyerası ilə yanaşı heykəltəraş kimi ilk sərgisini açıb.
Ednews "theartnewspaper"-ə istinadən xəbər verir ki, aktyorun 9 əsərləri yanvarın 15-nə kimi sərgilənəcək.
Əsərlər Sara Hilden İncəsənət Muzeyində nümayiş etdirilib. 58 yaşlı Oskarlı aktyorun 2017-ci ildə düzəltdiyi "House A Go Go" adlı ilk heykəli də sərgidəki nümayişlər arasındadır.
Digər tərəfdən muzeyin “Biz” adlı sərgisində Pittin 9 əsəri ilə yanaşı, musiqiçi Nik Cave və rəssam Tomas Houseaqonun əsərləri də yer alıb.
Qeyd edək ki, Bred Pit 2017-ci ildə keçmiş həyat yoldaşı Ancelina Coli ilə boşanma prosesindən sonra heykəltəraşlıq sənətinə maraq göstərib.
Pitt heykəltəraşlığa olan marağı haqqında deyib: "Bu, özüm haqqında düşünmək, özümlə dürüst olmaq və səhv etdiyim zamanla hesablaşmaqdır."
Nəzrin Beydiyeva