“İran İslam Respublikası nüvə silahı istehsal etmək və ya əldə etmək niyyətində deyil, doktrinamızda bu cür silahlara yeri yoxdur”.
Ednews “Frans Press”ə istinadən xəbər verir ki, bu fikirləri İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasında çıxışı zamanı səsləndirib.
O, ölkəsinin nüvə proqramının məhdudlaşdırılması ilə bağlı razılaşmanın bərpasına ciddi yanaşdığını vurğulasa da, Tehranın Vaşinqtonun hər hansı mümkün razılaşmaya sadiqliyinə etibar etmədiyini söyləyib.
“İstəyimiz yalnız birdir: öhdəliklərə əməl etmək” deyən İ.Raisi məhz ABŞ-ın sazişdən çıxan tərəf olduğunu qeyd edib.
“ABŞ nüvə sazişini tapdaladı”, - İran Prezidenti deyib. O, Qərbin tətbiq etdiyi sanksiyaları İran xalqına qarşı cəza adlandırıb.