Ukraynanın şərqində Rusiyanın nəzarətində olan ərazilərdə saxlanılan 5 britaniyalı azad edilərək təhlükəsiz şəkildə geri qaytarılıb.
Ednews xəbər verir ki, bu barədə Britaniya baş naziri Liz Trass Tvitter hesabında paylaşım edib.
“Ukraynanın şərqində Rusiyapərəst şəxslər tərəfindən saxlanılan beş Britaniya vətəndaşının təhlükəsiz şəkildə geri qaytarılması, onlar və ailələri üçün aylarla davam edən qeyri-müəyyənliyə və əzablara son qoyulması xəbərindən məmnunuq”,- Baş nazir qeyd edib.