Odessa səmasında İrana məxsus “Şəhid-136” PUA vurulub. Bir nəfər ölüb.
Ednews “unian”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “Cənub” əməliyyat komandanlığından məlumat verilib.
"Odessa Qara dənizdən pilotsuz uçan aparatların (PUA) hücumuna məruz qalıb. İki pilotsuz təyyarə liman ərazisində inzibati binanı dağıdıb, xilasetmə xidmətləri yanğınla mübarizə aparır. Bir mülki şəxs ölüb", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, avqustun ortalarında İranın Rusiyaya min ədəd pilotsuz təyyarə satdığı məlum olub.