Türkiyədə qədim dövrün limanında arxeoloji qazıntı aparılır - ednews.net

26 Noyabr, Şənbə

(+994 50) 229-39-11

Türkiyədə qədim dövrün limanında arxeoloji qazıntı aparılır

Dünya A- A A+
Şərqi Aralıq dənizinin ən mühüm və böyük limanlarından biri olan Soli Pompeiopolisin ərazisində arxeoloji qazıntı işləri aparılır. Qazıntı işlərinin təxminən 2 ay çəkəcəyi gözlənilir.
 
Ednews Azərtaca istinadla xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi təşəbbüsü ilə aparılan arxeoloji qazıntı işlərinə Türkiyənin Dokuz Eylül Universitetinin ədəbiyyat fakültəsi muzeyşünaslıq kafedrasının müdiri Prof. Dr. Remzi Yağcı rəhbərlik edir.
 
Qeyd edək ki, qədim Soli Pompeiopolis limanı Türkiyənin Mersin şəhərində yerləşir. Arxeoloji tədqiqatların təxminən iki ay çəkəcəyi gözlənilir.
 
Şərqi Aralıq dənizinin ən böyük limanlarından biri olan Soli Pompeiopolis böyük Pompey tərəfindən qurulan şəhərin limanıdır. Soli Pompeiopolis vaxtilə böyük bir şəhər idi və limanı çox əhəmiyyətli idi. Roma İmperiyası dövründən qalan limanın ümumi görünən uzunluğu 320 metrdir.
 
Soli Pompeiopolis limanı təxminən iki min il əvvəl tam fəaliyyət göstərib. Ərazi qumla dolduğu üçün hazırda limanın demək olar ki, dörddə üçü qumla örtülüb.
 
Tarixi mənbələrə görə, Soli Pompeiopolis rodosluların qurduğu liman şəhəri olub. Soli də digər Anadolu şəhərləri kimi öz pulunu çap etmək səlahiyyətinə malik muxtar bir şəhər olsa da, sonradan farsların hakimiyyəti altına keçib. Makedoniyalı İskəndər eramızdan əvvəl 333-cü ildə farsları məğlub etdikdən sonra bölgə imperatorluğa birləşdirilib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...