Rusiya-Gürcüstan sərhədində (Verxniy Lars keçid məntəqəsi) zirehli transportyorda rus hərbçiləri görüntülənib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Telegram kanalları yayıb.
Mənbə yazır ki, hərbi yaşda olan rus kişilərini buraxmamaq üçün sərhəddə nəzarət-buraxılış məntəqəsi yerləşdirməyə hazırlaşırlar.
Kadrlarda ölkədən qaçmaq istəyən minlərlə rusiyalının avtomobilləri də yer alıb.