Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa ərizəsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Ednews xəbər verir ki, bu barədə “Milli Qazete” məlumat yayıb.
Mənbə qeyd edir ki, O, Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsindən getmək istədiyini Nazirlər Kabinetinin sentyabrın 26-da keçirilən iclasında bildirib. Ərdoğanın onun istəyinə necə cavab verəcəyi hələlik məlum deyil.
50 yaşlı Soylu 2016-cı ilin avqustundan Türkiyənin daxili işlər naziridir.