Ərdoğan sabah Putinlə "referendum"ları müzakirə edəcək - ednews.net

29 Noyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Ərdoğan sabah Putinlə "referendum"ları müzakirə edəcək

Dünya A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

Ednews-un verdiyi xəbərə görə, bu barədə o, “CNN Türk” və “Kanal D” telekanallarına müsahibəsində deyib.

Ərdoğan qeyd edib ki, bu danışıq Türkiyənin təşəbbüsü ilə baş tutacaq və o rusiyalı həmkarı ilə Ukraynadakı son vəziyyəti, xüsusən də Ukrayna regionlarında baş tutan “referendum”ları müzakirə edəcək:

“Mən sülh mövzüsünda ümidsiz deyiləm. Dərhal belə nəticə əldə edəcəyimizi söyləmək xəyal olardı. 4 şəhərdə keçirilən referendum hadisəsi bəla gətirir. Kaş belə bir referendum keçirilməyəydi. Amma biz bütün bunları diplomatiya yolu ilə həll edə bilərdik, onlar da edə bilərdilər. Analoji vəziyyət 2014-cü ildə Krımda baş vermişdi. O zaman uğur qazana bilmədik. Cənab Putinə “Krımda yoldaşlarımız var, atdığınız addım düzgün deyil” dedik, amma alınmadı. Cənab Zelenski də 4 regionda referendumla bağlı dəstəyimizi istəyir. Sabah Putinlə bu məsələləri ətraflı müzakirə etmək istərdim”,- deyə Ərdoğan bildirib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...