Zelenski NATO-ya sürətləndirilmiş üzvlüklə bağlı ərizəni imzalayıb - ednews.net

26 Noyabr, Şənbə

(+994 50) 229-39-11

Zelenski NATO-ya sürətləndirilmiş üzvlüklə bağlı ərizəni imzalayıb

Dünya A- A A+
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin sürətləndirilmiş qaydada NATO-ya üzvlüyü ilə bağlı ərizəni imzalayıb. Ednews xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Təhlükəsizlik Şurasının təcili iclasından sonra videomüraciətində bildirib. Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO alyansının bir hissəsidir. “Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir... Biz Ukraynanın NATO-ya sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”, - Zelenski deyib. Zelenski qeyd edib ki, Ukrayna de-fakto NATO-da öz yolunu keçib: “De-fakto, biz artıq Alyansın standartlarına uyğunluğumuzu sübut etmişik. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...