Türkiyənin qərbində 4,5 bal gücündə zəlzələ baş verib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Mənbə yazır ki, yeraltı təkanların episentri Dənizli şəhərindən 83 kilometr cənubda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.