Aİ qısa müddətdə Rusiya qazı üçün əvəz edə bilməyəcək - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Aİ qısa müddətdə Rusiya qazı üçün əvəz edə bilməyəcək

Dünya A- A A+
Avropa İttifaqı qısa müddətdə Rusiya qazı üçün əvəz edə bilməyəcək.
 
Ednews xəbər verir ki , bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis “Bloomberg“ üçün köşə yazısında  bildirib. 
 
“Qiymətlər nə qədər artsa da, Avropa bütövlükdə qısa müddətdə itirdiyi həcmləri tam əvəz edə bilməyəcək”, - Kiriakos Mitsotakis qeyd edib.
 
Onun sözlərinə görə, Aİ-nin alternativ təchizatçı tapmaq qabiliyyəti həm fiziki, həm də iqtisadi amillərdən asılıdır.
 
Bundan əlavə, Kiriakos Mitsotakis idxal olunan yanacağın qiymətlərinin məhdudlaşdırılması təşəbbüsünü dəstəkləyib.
 
Baş nazirinin sözlərinə görə, bu ilin birinci rübündə Aİ-nin yanacaq idxalı xərcləri ötən illə müqayisədə 62 mlrd. avro artıb və ilin sonuna qədər bu rəqəmlər “yüz milyardlarla” və hətta trilyonlarla ölçüləcək.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...