Çexiya vətəndaşlarını Rusiya ərazisini tərk etməyə çağırıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Çexiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Çexiya XİN Rusiyada təhlükəsizliklə bağlı vəziyyətin pisləşə biləcəyi ehtimalını nəzərə alaraq, öz vətəndaşlarını Rusiya ərazisini tərk etməyə və bu ölkəyə səfərdən çəkinməyə çağırıb.