Şimali Koreya rəhbərliyi Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən “referendum”ların nəticələrini dəstəkləyib.
Ednews Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Şimali Koreya XİN-in Beynəlxalq Təşkilatlar Departamentinin rəhbəri Ço Çxol Su açıqlayıb.
“Rusiya ilə birləşməyi arzulayan insanların iradəsinə hörmət edirik və Rusiyanın bu bölgələri ölkənin bir hissəsi etməklə bağlı mövqeyini dəstəkləyirik”, - deyə Su qeyd edib.