Türk Hava Yollarına (THY) məxsus İstanbul-Hatay sərnişin təyyarəsinin Hataya eniş zamanı şassisi partlayıb.
Ednews NTV-yə istinadən xəbər verir ki, buna baxmayaraq, təyyarə uğurla eniş edə bilib.
THY-nin mətbuat xidmətindən sərnişinlərin təhlükəsiz şəkildə təyyarədən təxliyə edildiyi, səhhətlərində hər hansı problem olmadığı bildirilib.