Rusiyada, Yekaterinburqda 28 yaşlı yerli sakin beş yaşlı ögey qızını döyərək öldürdüyü üçün ciddi rejimli koloniyada 8,5 il müddətinə azadlıqdan məhrum edilib.
Ednews Milli.Az-a istinadən bildirir ki, bu barədə vilayət prokurorluğunun rəsmi nümayəndəsi Marina Kanatova məlumat verib.
İstintaqın məlumatına görə, 2022-ci ilin yanvarında Moskva küçəsindəki evdə kişi şəxsi ədavət zəminində uşağı əlləri ilə, sonra isə kəmərlə döyüb. Qız aldığı xəsarətlərdən dünyasını dəyişib.
Rus özünü təqsirli bilməyib.