ABŞ-ın Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib.
Ednews xəbər verir ki, Nyu-York meri Erik Adams şəhərə gələn qeyri-qanuni miqrantların böyük axını ilə əlaqədar bu qərarı verib.
“Biz böhran vəziyyətindəyik. Bu ilin aprelindən bəri 17 mindən çox sığınacaq axtaran şəxs cənub sərhədlərimizdən avtobusla Nyu Yorka gətirilib. Onların əksəriyyəti Cənubi Amerikadandır. Bu gün mən Nyu-Yorkda fövqəladə vəziyyət elan edirəm və müvafiq nizamnaməni dərc edirəm”, - deyə o, metropol sakinlərinə müraciəti zamanı bildirib.
Mer Erik Adams qeyd edib ki, bu tədbir bütün qurumların daha yaxşı əlaqələndirilməsi, miqrantlara yardım mərkəzlərinin tikintisi və bürokratik prosedurların sadələşdirilməsi məqsədi daşıyır.
Adamsın sözlərinə görə, şəhərdə evsizlər üçün sığınacaqlar sistemi hazırda 100% yüklənib.