NATO Rusiya Federasiyası üçün təhlükə yaratmır.
Ednews xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin Brüsseldə keçirdiyi brifinqdə deyib.
“NATO Rusiya üçün təhlükə yaratmır. O, Rusiya ilə qarşıdurmaya can atmır”, - deyə Pentaqon rəhbəri bildirib.
Ostin əlavə edib ki, Alyans ölkələri o cümlədən ABŞ, üzv dövlətlərin suverenliyini və NATO ərazisinin hər qarışını müdafiə edəcək.