Rusiyanın Belqorod vilayətində neft bazasında yanğın başlayıb.
Ednews “ria novosti”yə istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçesla Qladkov “Telegram” kanalında paylaşım edib.
Vyaçesla Qladkov bildirib ki, neft bazasında yanğın Ukrayna Silahlı Qüvvələrinin ərazini atəşə tutmasından sonra başlayıb. Mərmilərdən biri neft bazasına düşüb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin briqadaları yanğını söndürməyə çalışır.
Neft bazasında 10 anbar var, mərmi dizel yanacağının olduğu anbarlardan birinə düşüb. Qubernator həmçinin yanğının digər ərazilərə yayılma təhlükəsinin olmadığını da qeyd edib.