Ednews xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” Böyük Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinə istinadən məlumat yayıb.
Həmçinin qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri bu dronlar vasitəsilə raket çatışmazlığını qarşılayır.
O da əlavə olunub ki, Rusiya “Shahed” dronlarından bütün Ukrayna ərazisini vurmaq üçün istifadə edir, lakin Ukrayna onlara qarşı daha yaxşı mübarizə aparır.
Vurğulanıb ki, buraxılmış kamikadze-dronların 85 faizinin zərərsizləşdirildiyi rəsmi olaraq təsdiqini tapıb.