Fransa Senatında Azərbaycan əleyhinə müzakirəyə qarşı petisiya yaradıldı - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Fransa Senatında Azərbaycan əleyhinə müzakirəyə qarşı petisiya yaradıldı

Dünya A- A A+
Bir qrup azərbaycanlı Fransa Senatında Azərbaycan əleyhinə qətnamənin müzakirəsinə cavab olaraq petisiya yaradıb. Belə ki, onlar fransızların ölkəmizə qarşı sanksiyalar tətbiq etmək təşəbbüsü ilə bağlı cəmiyyətə açıq şəkildə səslənib. Ednews Qafqazinfo.az-a istinadən xəbər verir ki, Azərbaycanın fərqli şəhər və rayonlarından olan 10 vətəndaş Mesopinions.com Fransa petisiya saytında Fransa Senatına və xalqına müraciət yerləşdirib. Petisiyada qeyd edilir: “Azərbaycan hakimiyyətinin rəsmi mövqeyini təqdim etməyən sadə vətəndaşlar daha öncə heç bir zaman kollektiv şəkildə Fransanın parlament orqanlarına və xalqına müraciət etməyiblər. Bunu etməyə bizi 3 oktyabr 2022-ci il tarixində Senatın altı üzvü tərəfindən irəli sürülən qətnamə layihəsi sövq etdi, həmin qətnamənin nəzərdən keçirilməsi 15 noyabr tarixinə təyin edilib”. Bir qrup azərbaycanlı Fransa Senatına və xalqına olan petisiyasında aşağıdakı ittihamları və tələbləri səsləndirib: - Dərk etməyə çalışın ki, Ermənistan-Azərbaycan münaqişəsi sizə təqdim ediləndən daha mürəkkəb ziddiyyətlər, milli travmalar və incikliklər toplusudur. Fransanın birtərəfli yanaşma əvəzinə daha balanslaşmış mövqe tutması çox vacibdir. - Sonunda münaqişənin təkcə bir deyil, hər iki tərəfin çoxillik acısını, itki hissini və istəklərini diqqətə almağa çalışın. Azərbaycanlıların hüquqları, layiq olduqları anlayış və mərhəmət heç də qarşı tərəfdəkindən az deyil. Yalnız bu halda Fransa bu iki xalq arasında çoxdan gözlənilən sülhün əldə olunmasına töhfə verə bilər. - Danışıqlar prosesinə şans verin! Vəziyyəti birtərəfli ittihamlar və sanksiyalarla gərginləşdirməyin! - Nəzərə alın ki, Azərbaycana iqtisadi təzyiq siyasəti özü ilə sadə xalq üçün yeni bəlalar və itkilər gətirəcəkdir. Və, birmənalı şəkildə, bu cür hədəqorxular sülhə nail olmağa zəmin yaratmır. Bu linkə keçid etməklə petisiyaya qoşulmaq olar.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...