Ukrayna və Rusiya arasında əsirlərin növbəti mübadiləsi baş tutub - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Ukrayna və Rusiya arasında əsirlərin növbəti mübadiləsi baş tutub

Dünya A- A A+

Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi baş tutub.

Ednews xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak "Twitter"də bildirib.

"Daha bir əsir mübadiləsi aparıldı. 52 nəfər - zabitlərimizi, həkimlərimizi, çavuşlarımızı, əsgərlərimizi azad etdik".

Onun sözlərinə görə, azad olunanlar arasında Ukrayna Milli Qvardiyasının hərbçiləri, "Azov" batalyonunun döyüşçüləri, Hərbi Dəniz Qüvvələrinin hərbçiləri var. Yermakın sözlərin görə, iki mülki şəxs də azad olunub.

Rusiya Müdafiə Nazirliyi də hərbi əsirlərin mübadiləsini təsdiqləyib. Rusiya tərəfinə Ukrayna tərəfində saxlanılan 50 hərbçi qaytarılıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...