“Twitter“ yeni sahibi olan İlon Mask şirkətin bütün işçilərinin təxminən yarısını ixtisar etməyi planlaşdırır.
Ednews “Bloomberg”ə istinadən xəbər verir ki, bununla da 7500 işçinin 3700-ü vəzifədən kənarlaşdırılacaq.
Şirkət ştatda qalan işçilərin məsafədən işləməsini də qadağan edəcək.
Həmçinin bildirilib ki, real istifadəçilərə mavi işarə verəcəyini açıqlayan “Twitter”, bununla gerçək olmayan istifadəçilərin anlaşılmasını asanlaşdıracaq. Mobil telefonları ilə təsdiqlənmiş hesablar real olduqlarını sübut etdikləri təqdirdə mavi işarə alacaqlar.