Yaponiyanın "Infiniti" şirkəti Rusiya bazarından çıxdığını elan edib.
Ednews xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
Məlumata görə, brend dəqiq tarixi açıqlanmasa da, rus dilinə "əlvida" kimi tərcümə olunan yapon ifadəsi “Sayonara”dan istifadə edərək rus müştəriləri ilə vidalaşıb.
Qeyd edək ki, mart ayından Rusiyaya yeni avtomobillərin tədarükünü dayandıran "Infiniti"nin Rusiyada öz istehsalı yoxdur, bütün modellər xaricdən gətirilir.