Avstraliya Federal Polisi (AFP) tibbi sığorta şirkəti olan Medibank-a kiberhücumun arxasında Rusiyada yerləşən kiber cinayətkarlar qrupunun olduğunu aşkara çıxarıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, AFP-nin istintaq və araşdırma bölməsinin müstəntiqi Riçe Kerşou agentliyə hücum edən hakerlərin şəxsiyyətini müəyyən etdiyini və onların adlarının siyahıya alındığını deyib.
O, qeyd edib ki, həmin kibercinayətkarların başqa ölkələrdə də əlaltıları var və bu kimi cinayətlərdə onlara dəstək olan tərəfdaşları ilə birgə fəaliyyət göstərirlər.
“Biz həmçinin hesab edirik ki, bəzi filiallar başqa ölkələrdə ola bilər. Bunu bilmək vacibdir ki, Rusiya İnterpol vasitəsilə verilən kəşfiyyat məlumatlarının mübadiləsindən faydalanır və bununla da ölkə məsuliyyət daşımış olur”.
Kerşou qeyd edib ki, AFP kibercinayətkarlarla bağlı Rusiya hüquq-mühafizə orqanları ilə danışıqlar aparacaq.
Bundan əlavə, müstəntiqlər internetdə şəxsi məlumatlara daxil olub oradan qazanc əldə etməyə çalışan insanları hədəfə alaraq araşdırmalar aparırlar.
Müstəntiq Kerşou əlavə edib ki, bu gün bütün cəmiyyət, biznes adamları birləşərək bu cür cinayətkarları ifşa etməkdə dəstək olmalıdır.
Elnur Ənvəroğlu