Yeni Zelandiyadan 4600 nəfərlə üzən lüks kruiz gəmisi Sidneydə dayanmalı olub.
Ednews xəbər verir ki, buna səbəb “Majestic Princess” adlanan gəmidə korona panikası yaşanması olub. 4600 sərnişin və ekipajı olan gəmidə 800 COVID-19 hadisəsi müəyyən edilib.
Nəticədə gəmi Avstraliyanın Sidney şəhərində dayanıb. Kruiz gəmisinin idarəedici direktoru Marqarit Fitzgerald, 12 günlük səyahətin yarısında çox sayda yoluxmanın aşkar edilməyə başladığını söyləyib.
Fitzgerald bütün halların asemptomatik və ya yüngül olduğunu xüsusi vurğulayıb.
Gəminin tezliklə Melburna doğru istiqamət alacağı gözlənilir.
Qeyd edək ki, 2020-ci ildə eyni şirkətə məxsus "Ruby Princess" adlı kruiz gəmisində də 900 nəfər koronaya tutularaq 28 nəfər həyatını itirmişdi.
Nəzrin Beydiyeva