İstanbuldakı terrordan əvvəl diqqət çəkən 40 dəqiqə - Qadının yeni etirafları - FOTOLAR - ednews.net

28 Noyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

İstanbuldakı terrordan əvvəl diqqət çəkən 40 dəqiqə - Qadının yeni etirafları - FOTOLAR

Dünya A- A A+
İstanbulun İstiqlal küçəsində baş verən terror hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub. Ednews day.az-a istinadən xəbər verir ki, terrorçu qadın Ahlam Albashir sorğu zamanı Suriyanın Kobani bölgəsində fəaliyyət göstərən silahlılardan təlimat aldığını etiraf edib. Məlum olub ki, o, İstiqlal küçəsinə gələrkən əlində bomba olmayıb. Partlayıcını ərazidə olan kişidən alıb. Qadın partlayıcını oturduğu yerə qoyduqdan sonra İstiqlal küçəsini sürətlə tərk edib. Kamera görüntülərində terrorçu qadının partlayışdan 40 dəqiqə əvvəl tez-tez kiminləsə telefonla danışdığı öz əksini tapıb. Qeyd edək ki, partlayış nəticəsində 6 nəfər həyatını itirib, 81 nəfər yaralanıb. Partlayışı törədən Ahlam Albashir gecə saatlarında həyata keçirilən əməliyyat zamanı saxlanılıb.
1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...